5300-dən çox fələstinli İsrail tərəfindən həbs edilib

5300-dən çox fələstinli İsrail tərəfindən həbs edilib

"İsrail dövləti ilin əvvəlindən bu yana 5300-dən çox fələstinlini həbs edib və İsrail həbsxanalarında 4700-ə yaxın fələstinli var". SİA xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyinin verdiyi açıqlamada bildirilib.

Dərnəkdən verilən açıqlamada İsrail həbsxanalarında olan fələstinlilərin sayının 30-u qadın, 190-ı isə 18 yaşdan kiçik olmaqla 4700-ə çatdığı bildirilib. Açıqlamada İsrail əsgərlərinin bu il 5300-dən çox fələstinlini nəzarətə götürdüyü qeyd olunub.

Bəyanatda, İsrailin fələstinli məhbuslarla dolu olan İsrail həbsxanalarının hər bir hissəsində 80-dən çox adamın qaldığı və fələstinlilərin sorğu-sualları bitdikdən sonra belə, 70 gündən çox qala biləcəyi bildirilib.

Ofer həbsxanasındakı təcridxanaların 72 nəfərlik tutumlu olduğu bildirilən açıqlamada, buna baxmayaraq, hər mərkəzdə yeni həbslərlə saxlanılanların sayının 80-ni keçdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə