Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacaq

Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacaq

ABŞ prezidenti Co Bayden 2024-cü ildə yenidən seçkilərdə iştirak etmək niyyətində olduğunu, lakin bu məsələ ilə bağlı rəsmi qərar vermədiyini bildirib. SİA xəbər verir ki, Bayden Delaver ştatına səfəri zamanı MSNBC televiziyasına müsahibə verib.

Aparıcının 2024-cü il seçkiləri ilə bağlı sualına Bayden belə cavab verib: "Mən hələ rəsmi qərarımı verməmişəm, amma niyyətim yenidən seçilməkdir. Bu qərarı vermək üçün vaxtımız var"-ifadələrindən istifadə edib.

2024-cü il namizədi üçün həyat yoldaşı Cill Baydenin də onu dəstəklədiyini bildirən Bayden, "Əgər indi namizəd olacağımı elan etsəm, o andan etibarən namizəd kimi çıxış etməliyəm" dedi. Digər tərəfdən, Baydenin müsahibə zamanı yuxuya getdiyi anlar sosial mediada da gündəm olub.

Bütün xəbərlər Facebook səhifəmizdə