Macarıstan Baş Nazirliyinin Aparat rəhbəri Gergeli Quiyas, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə icazə verməyəcəklərini bildirib və "Rus qaz təchizatına təsir edən Aİ-nin sanksiyalarına veto qoymağa davam edəcəyik" dedi. SİA xəbər verir ki, Quiyas bəyan edib ki, “Qazprom”la razılaşmaların Budapeştin Ukrayna böhranına münasibəti ilə heç bir əlaqəsi yoxdur və Rusiyaya qarşı sanksiyalar Ukrayna probleminin həllinə töhfə vermir, ancaq avropalılara zərər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB