Borjomi rayonunun meri Otar Arbolaşvili bildirib ki, Likani kurort qəsəbəsindəki yaşayış binasında partlayış baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb, o hazırda xəstəxanaya yerləşdirilib.
...Evin sakinləri təxliyə edilib.
“Sputnik Gürcüstan” merin sözlərinə istinadən yazır ki, təxliyə edilənlər mənzillə təmin olunublar.
Yaxınlarda meriya yaşayış binasını yoxlayacaq, daha sonra onun həyata yararlı olub-olmaması barədə qərar verəcək.
Mütəxəssislər fövqəladə vəziyyətin səbəbini öyrənməlidirlər. “Sputnik Gürcüstan” faktla bağlı cinayət işinin açılıdığını bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB