“Şimal axını”nda törədilən təxribat NATO-nun daha pis işlər görmək qabiliyyətini göstərdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Fransanın “Patriotlar” hərəkatının lideri Florian Filippo “Twitter” səhifəsində yazıb.
“...Amerikalıların “Şimal axını” qaz kəmərlərində törətdiyi təxribat, NATO-nun nəyə qadir olduğunu nümayiş etdirdi”, - deyə siyasətçi bildirib.
O qeyd edib ki, Şimali Atlantika Alyansı ən pis işə, xüsusən də mövcud münaqişəni qloballaşdırmaq üçün saxta bayraq altında nüvə silahından istifadə etməyə qadirdir.
Bir müddət bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “Şimal axını”nda təxribatın təhqiqatında iştirakına əsas maneə digər ölkələrin həqiqətin dibinə varmaq istəməməsi olduğunu demişdi. O, həmçinin təxribatın əsl səbəbkarının nə vaxtsa müəyyən ediləcəyinə və ictimaiyyətə açıqlanacağına şübhə etdiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB