Rus generalları...acizdirlər?..

...Bu gün Rusiya Federasiyasının mövcud olan generalları ilə Ukraynaya hərbi cəhətdən müqavimət göstərəcək qorxulu bir şeyi yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu politoloq Andrey Piontkovski “Espresso” telekanalında “Studio West with Antin Borkovsky” proqramının efirində deyib.

“...Bu, rus generallarından ibarət bütöv bir əhalidir - Şamanov, Qurulev, Dvornikov və ya Konyuxov. Belə generallarla Rusiya Ukraynaya hərbi cəhətdən heç nəyə qarşı çıxa bilməz. Deməli, Surovikinin ilk çətin qərarı Xersonu tərk etmək oldu, görünür, onlar bu qərarı qaçılmaz kimi qəbul ediblər”- Piontkovski bildirib.

Onun sözlərinə görə, Surovikinin təyinatı Ukrayna üçün yaxşı xəbərdir, çünki Rusiya ordusunun başçısı “təkcə əclaf deyil, həm də kliniki axmaqdır”.

…İndi də Surovikin haqqında bir neçə kəlmə…Biz onun tam əclaf, Suriyanın cəlladı, Hələbin qəssabı olduğunu bilirdik. Bu adam, Suriyada öz ağır cinayətlərini törədən hərbi cinayətkardır. İndi də bu adamı canlı gördük, danışdı. televiziyada müsahibə verdi, dodaqlarını tərpətərək ona hecalarla yazılanları böyük səylə oxudu…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə