Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill tərəddüdlü ziyalıları daxili parçalanmaları aradan qaldırmağa və imanlarını gücləndirməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Nijni Novqoroddakı Aleksandr Nevski kafedralında bildirib.
Patriarx çıxışında Rusiyanın öz tarixi yolu olduğunu xatırladıb.
“...İndi hər kəsin imanının möhkəmlənməsinin lazım olduğu vaxtdır.Xüsusən də bir ayağı kilsədə, bir ayağı kilsədən kənarda olan bütün tərəddüdlü ziyalılarımıza bu ikiliyə, bu parçalanmaya son qoymaq lazımdır. Biz atalarımızın inancını xalqımızı qoruyan və xilas edən böyük bir qüvvə kimi qəbul etməliyik”.
Patriarxın dediyinə görə, xaricdən Rusiyaya qarşı çoxlu təlimlər və ittihamlar səslənməkdədir.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Rusiyanın “çətin beynəlxalq münasibətlər dövrünə” qədəm qoyduğunu da xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB