Yakutskda ziyafət zamanı xüsusi hərbi əməliyyat zonasından qayıdan şəxs öldürülərək parçalanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə barədə “Rise” Telegram kanalı xəbər verir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, iki şübhəli şəxs - 23 yaşlı və 31 yaşlı kişi saxlanılıb. Kampaniya spirtli içki içdikdən sonra mübahisə ediblər.
Öldürülən mərhumun meyiti hissələrə bölünərək zibilliyə atılıb. Telegram kanalın yazdığına görə, qalıqlar zibil maşınında və qatillərin mənzilində tapılıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Vıborqda gecə klubunda rəqs edən hərbçini öldürən şəxsi saxlanılıb.
Belə ki, 37 yaşlı hərbçi ilə 28 yaşlı gənc arasında mübahisə yaranıb və bu zaman hərbçi döş qəfəsindən bıçaqlanıb.
Hərbçi üçün təcili yardım çağırılsa da, lakin onu xilas etmək mümkün olmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB