Keçmiş Çin lideri Hu Cintao səhhəti ilə əlaqədar Çin Kommunist Partiyasının 20-ci qurultayının keçirildiyi zalı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
“RİA Novosti” bu barədə özünün Telegram kanalında “Sinxua” dövlət agentliyinə istinadən yazır.
Beləliklə, SİA-nın da həmən mənbədən əldə etdiyi məlumata görə, hazırda onun vəziyyəti xeyli yaxşılaşıb.
Xatırladaq ki, bu gün günortadan sonra mətbuat konqresinin bağlanış mərasimində qəribə hadisə barədə məlumat vermişdi. Belə ki, iki gənc Hu Cintaoya yaxınlaşıb nəzakətlə onu zaldan çıxardıblar.
...Və tədbir bitənə qədər siyasətçi geri qayıtmayıb.
Qeyd edək ki, sonradan bu internetdə müxtəlif yerlərə yozulub. Belə ki, bir çox nəşrlər vəziyyəti elə qələmə veriblər ki, guya onu zorla saxlayıb çıxarıblar. Bəziləri isə partiyadaxili mübarizə ilə izah ediblər
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB