...Deyirsən, onu necə deyirdilər...”müharibə bizim dağlara da gəlib çatdı?”.
...Deməli, rusiyalı inşaatçılar Belqorod vilayətinin rayonlarında tank əleyhinə konstruksiyaların quraşdırılmasına başlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vilayət qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında bildirib.
Rayon rəhbəri, mütəxəssislərin “qoruyucu konstruksiyaların quraşdırılmasına başladıqlarını” bildirib.
Qladkov yazısını iki xətt beton konusları göstərən fotoşəkillərlə tamamlayıb.
Fotoşəkillərdən göründüyü kimi, onlar tank əleyhinə oymaların rolunu yerinə yetirəcəklər.
Qeyd edək ki, bir müddət bundan əvvəl qubernator rayon əhalisini diqqətli olmağa çağırmışdı. O, işarələrə, stendlərə, işarələrə diqqət yetirməyi tapşırmışdı.
Xatırladaq ki, ötən gün Qladkov Ukrayna Silahlı Qüvvələrinin Şebekino şəhərini atəşə tutması nəticəsində iki mülki şəxsin öldüyünü bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB