...Bu arada Norveç İmmiqrasiya İdarəsi Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırıb,
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “TV22 yazır.
Bu qərar rusların sığınacaq üçün müraciətlərinə baxılması qaydalarına yenidən baxılması ilə əlaqədar qəbul edilib. “...İşlərin heç birinə baxılmadı, buna görə heç kimə möhlət verilmədi və heç kimə rədd edilmədi”-deyə İmmiqrasiya İdarəsi sözçüsü Vençe Fone bildirib.
Qeyd edək ki, səfərbərlikdən qaçan (?) rusların 244 nəfəri də Norveçə gəlib çıxıb.
Belə ki, yerli mətbuatının yazdıına görə, sığınacaq üçün müraciət edənlər arasında Rusiyada elan edilən səfərbərlikdən sonra Norveçə gələn ruslar da var.
“...Bəli, kiminsə bunu əsas götürdüyünü təsdiqləyə bilərəm, amma bunun neçə nəfərə aid olduğunu deyə bilmərəm. Amma Norveçdə sığınacaq üçün müraciət etmək üçün başqa əsaslar var”, - Fone bildirib.
Qeyd edək ki, oktyabrın 6-da Norveç Rusiya balıqçı gəmilərinin öz limanlarına girişinə məhdudiyyətlər qoyub. Məlumata görə, qərar “Şimal axını” qaz kəmərində iddia edilən təxribatdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün qəbul edilib. Rusiya gəmilərinin Norveç limanlarından yalnız üçünə getməsinə icazə verilir. Onlar da təhlükəsizlik yoxlamasından keçməlidirlər.
Oktyabrın 11-dən Norveç hakimiyyəti 7 Rusiya vətəndaşını, o cümlədən qadağan olunmuş obyektlərin çəkilişinə görə həbs edib. Onların arasında Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey də var ki, ondan iki pilotsuz təyyarə və elektron cihaz müsadirə edilib.
Qeyd edək ki, Andrey Yakunin Britaniya vətəndaşıdır, o, “qayıqda tətilinin günahsız məqsədləri haqqında bütün lazımi məlumatları vermək2 üçün səlahiyyətlilərlə əməkdaşlıq edir.
...Norveç polisinin nümayəndələri qeyd ediblər ki, dronların istifadəsinə qoyulan qadağa,.. nə çəkməsindən asılı olmayaraq, bütün ruslara şamil edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB