''Dezinformasiya və islamofobiya ilə mübarizədə əməkdaşlıq etməliyik''

''Dezinformasiya və islamofobiya ilə mübarizədə əməkdaşlıq etməliyik''

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib:"Ölkələrimiz təcrübələrinə əsaslanaraq həm dezinformasiya, həm də İslamofobiya ilə mübarizə aparmaq üçün əməkdaşlıq etməlidir''.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Fəxrəddin Altun İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin XII toplantısında çıxış edib.
Toplantının bu ilki mövzusunun ''Dezinformasiya və İslamofobiya ilə Mübarizə” olduğunu bildirən Fəxrəddin Altun sistemli dezinformasiyanın milli təhlükəsizlikdən tutmuş qlobal sabitliyə qədər fərdlər və cəmiyyətlər üçün ciddi təhdidlər yaratdığını qeyd edib.

Faxrəddin Altun başda Qərb dövlətləri olmaqla bütün dünyada İslam və müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət və düşmənçiliyin ciddi şəkildə artdığını gördüklərini ifadə edib.
Türkiye Prezidenti Administrasiyasıdır İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri qeyd edib ki, günümüzdə İslam dünyası və dünya üçün ən mühüm təhlükələrdən biri, şübhəsiz ki, islamofobiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə