...Deyilənlərə görə, Kalininqrad hava limanı oktyabrın 1-dən etibarən dünyanın hər yerindən uçuşlar üçün açıqdır. Yəni hava limanı Açıq Səma rejimində işləyir.
Bu, ekspertlərin fikrincə, Rusiya Federasiyasının suriyalı qaçqınların Avropa İttifaqı ölkələrinə köçürülməsinə hazırlığı hesab oluna bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “BILD” yazır.
Qeyd edək ki, hazırda Suriya, Türkiyə və Belarus kimi “dost ölkələrin” aviaşirkətləri Kalininqrada enə bilərlər.
Analitiklər xatırladıblar ki, bir il əvvəl Lukaşenko Avropa İttifaqında sabitliyi pozmaq üçün Yaxın Şərqdən qaçqınları Polşa sərhədindən keçirmişdi.
...Bu arada Polşanın Strategiya və Gələcək İnstitutunun eksperti Marek Budziçin sözlərinə görə, “...Rusiya Avropa İttifaqına qarşı istifadə etmək üçün bir çox “müxtəlif alətlər” hazırlayır”.
...Birinci addım Ukraynadan Polşaya yeni miqrasiya dalğasına başlamaq üçün Ukrayna vətəndaşlarına qarşı raket terrorudur. ...Əgər eyni vaxtda Kalininqraddan Polşaya ikinci dalğanın başlaması mümkün olarsa, Rusiya bu təzyiqi artıra bilər, - ekspert hesab edir.
P.S: Qeyd edək ki, “Armageddon” təkcə yerin deyil, həm də döyüşün özünün təyinatıdır
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB