...Bu arada İngiltərənin keçmiş baş naziri Boris Conson Liz Trassun istefasından sonra ölkəyə qayıdıb.
“Sky News”un məlumatına görə, keçmiş baş nazir ailəsi ilə Dominikan Respublikasında istirahət edirdi. Lakin Trass istefa verdikdən dərhal sonra o, Britaniyaya qayıtmaq qərarına gəlib.
Təkrar da olsa, xatırladaq ki, ötən gün Trass istefa verdiyini açıqlayıb. Çəmi 45 gün baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifələrində çalışan Trass, iqtisadi siyasətdə etdiyi səhvləri etiraf etdi.
Qeyd edək ki, yeni baş nazir və partiya liderinin seçkilərinin keçiriləcəyi oktyabrın 28-də gözlənilir. Nəticələr də elə həmin gün elan edilməlidir.
Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə mümkün namizədlər arasında Boris Consonun özü, Maliyyə Nazirliyinin kansleri Rişi Sunak və İcmalar Palatasının lideri Penni Mordaunt var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Conson artıq Britaniyanın baş nazirinin seçkilərində iştirak etmək üçün lazım olan 100 mühafizəkar deputatın dəstəyini alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB