...Xerson sakinləri atəş və terror aktları təhlükəsi ilə əlaqədar dərhal şəhəri tərk edərək Dnepr çayının sol sahilinə keçməyə çağırılıb. Qeyd olunur ki, bu, mülki idarəetmənin bütün idarə və nazirliklərinə aiddir.
Cəbhədə vəziyyətin gərginləşməsi, şəhərin kütləvi atəşə tutulma təhlükəsi və terror aktları təhlükəsi ilə əlaqədar bütün dinc əhali təcili olaraq şəhəri tərk etməli və Dnepr çayının sol sahilinə keçməlidir!
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bölgə administrasiyasının Telegram-kanalında yaydığı məlumatda deyilir.
Vilayətin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo Xersonskoy yerli hakimiyyət orqanları tərəfindən Xerson vilayətinin 50-60 min sakininin təxliyə olunacağını bildirib. Saldonun sözlərinə görə, onlar Dnepr çayının sol sahilinə və ya Rusiyanın digər bölgələrinə köçürüləcəklər.
Saldo, evakuasiya prosesinin təxminən altı gün çəkəcəyini də bildirib.
Maraqlıdır ki, ruslar evakuasiyanı daha çox guya Ukrayna Silahlı Qüvvələrinin mülki əhalini atəşə tutmağa hazırlaşması ilə əlaqələndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB