Hindistanda yol qəzası baş verib, azı 15 nəfər ölüb

Hindistanda yol qəzası baş verib, azı 15 nəfər ölüb

Hindistanın mərkəzi Madhya-Pradeş ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sərnişinlərin əksəriyyəti fəhlələr olub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Hindistan dünyada il üzrə nəqliyyat qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların əksəriyyəti ehtiyatsız idarəetmə, pis, baxımsız yollar və nəqliyyat vasitələrinin köhnə olması səbəbindən baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə