Bu gün Çin “dünyanı heyrətləndirməyə" hazırdır..?

Bu gün Çin “dünyanı heyrətləndirməyə" hazırdır..?

“...Çin Kommunist Partiyası yeni vəzifələrin həyata keçirilməsi yoluna qədəm qoydu. O, bütün dünyanı həqiqətən heyrətləndirəcək möcüzələr göstərmək üçün güclə doludur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu oktyabrın 22-də Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib.

“Çin Kommunist Partiyası bir əsrlik mübarizə yolu keçib və yeni məqsədə çatmaq üçün yeni yola qədəm qoyub”, - dövlət başçısı vurğulayıb.

Si Cinpin qeyd edib ki, son 100 ildə ÇKP siyasi sahədə, quruculuq, islahatlar və açıqlıq sahəsində mühüm nəticələr əldə edib.

Çin rəhbərinin sözlərinə görə, partiya gələcəkdə “bütün dünyanı heyran edəcək” yeni möhtəşəm möcüzələr göstərməyə tam qadirdir.

Si Cinpin bütün partiya üzvlərini cəsarətlə irəliləmək və qələbələr qazana bilmək üçün CPC Mərkəzi Komitəsinin ətrafında birləşməyə çağırıb.

Yeri gəlmişkən, analitiklər Si Cinpinin üçüncü dəfə ÇKP-nin baş katibi və Mərkəzi Hərbi Şuranın sədri seçilmək ehtimalının yüksək olduğunu istisna etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə