"Bu rejim üç mindən çox fələstinli qaçqını qətlə yetirib''

Bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) dərc etdiyi hesabatda bildirilib.
"Bu rejim üç mindən çox fələstinli qaçqını qətlə yetirib''

Bəşər Əsəd rejimi 3000-dən çox fələstinli qaçqını öldürüb, onlardan bəziləri işgəncələrə məruz qalıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) dərc etdiyi hesabatda bildirilib.

Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ilin martından bu yana Bəşər Əsəd rejiminin həyata keçirdiyi hücumlarda 352-si uşaq, 312-si qadın olmaqla 3207 fələstinli mülki vətəndaşın işgəncələrlə qətlə yetirildiyi bildirilib.

Suriya İnsan Haqları Şəbəkəsi 21-i uşaq, 28-i qadın olmaqla 2721 fələstinli qaçqının hələ də Əsəd rejiminin həbsxanalarında olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə