Macarıstan Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyir?
Macarıstan hökuməti ölkənin Dövlət Assambleyasının payız sessiyasının sonuna qədər Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları ratifikasiya edəcəyini bildirib.
SİA-nın TASS-a istinadən verdiyi məlumatına görə, bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Quiyaş bildirib.
Parlamentin indi əsas vəzifəsinin Macarıstan iqtisadiyyatının sabitliyini təmin etmək olduğunu deyən Quiyaş, buna baxmayaraq müvafiq təklifin ratifikasiyası nı payız sessiyasının gündəliyinə daxil olunacağını bildirib.
O qeyd edib ki, payız sessiyası dekabrın ortalarına qədər davam edəcək və həmin vaxta qədər parlamentin Finlandiya və İsveçin NATO-ya qoşulması təklifini ratifikasiya etməksi üçün “yaxşı şansı var”.
Qeyd edək ki, bundan əvvəl Finlandiya Ədliyyə Nazirliyinin nümayəndə heyətinin oktyabrın 25-də NATO-ya üzvlük proseduru ilə əlaqədar Ankaraya səfər edəcəyi bildirilmişdi.
Xatırladaq ki, Mayın 18-də Finlandiya və İsveç alyansa qoşulmaq üçün ərizələrini NATO baş katibinə təhvil verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB