İraqın şimalında həyata keçirilən ''Pəncə-Kilit'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanatda bildirilib.
"Terror yuvalarına ağır zərbələr endirməyə davam edirik! İraqın şimalında ''Pəncə-Kilit'' əməliyyatı bölgəsində təsbit edilən iki PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib",-deyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB