Avropa Şurasının Brüsseldə keçirilən sammitində Avropa İttifaqı dövlət başçıları Avropa Komissiyasına Rusiyanın Avropada dondurulmuş aktivlərinin müsadirə edilməsi sxemini hazırlamağı tapşırıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, on milyardlarla avro dəyərində vəsaitlər müsadirə olunaraq Ukraynaya verilməlidir.
...Amma onların ötürülməsi mexanizmini beynəlxalq hüquq normalarına uyğun olaraq rəsmiləşdirmək Avropa Komissiyasına qalır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından sonra Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Nəticədə rus iş adamları və şirkətlərinin bir çox Avropa aktivləri dondurulub. ...“Kommersant” qəzetinin məlumatına görə, hazırda Avropada Rusiyanın 17,4 milyard avro biznes aktivi və Mərkəzi Bankın 23 milyard avro vəsaiti dondurulub.
Maraqlıdır ki, Polşanın baş naziri Mateuş Moravetskiyə görə, rusun dondurulmalı olan vəsaitlərinin 350-400 milyard dollarlıq civarında olduğunu bildirir. O, müsadirə olunan məbləğlərdən Avropa İttifaqında enerji qiymətlərini sabitləşdirmək üçün də istifadə etməyi təklif edib.
Yeri gəlmişkən, Kreml bir müddət bundan əvvəl Rusiyanın Avropadakı aktivlərinin müsadirə edilməsi ideyasını “beynəlxalq qanqsterizm” və “əvvəllər törədilmiş oğurluğu leqallaşdırmaq cəhdi” adlandırmışdı.
Xatırladaq ki, Brüsseldəki sammitin sonunda Avropa liderləri Ukraynaya maliyyə yardımını davam etdirəcəklərini də bəyan ediblər. Belə ki, 2023-cü ildə bu yardımın həcmi 18 milyard avroya qədər olacağı ehtimal edir.
Sammitdə Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsinin mövqeyini müəyyən edəcəyi də bildirilib. ...Rusiya və onun müttəfiqləri kimi Belarusa qarşı sanksiyalar, lazım gələrsə, genişləndirilə bilər.
Qeyd edək ki, bu da istisna edilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB