Məşhur aktrisa dostu ilə kafedə görüntülənib

Məşhur aktrisa dostu ilə kafedə görüntülənib

Türkiyənin məşhur aktrisası Hande Erçel ötən gün Etilerdə dostu ilə 2 saat söhbət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hande Erçel sosial media fenomeni olan bacısı Gamze Erçelin 2,5 yaşlı qızı Aylin Mavinin səhhətində yaranan problem səbəbindən bir müddətdir ailəsi ilə vaxt keçirirdi. Ötən gün isə dostu ilə Etilerdə görüntülənib.

Məkandan çıxdıqdan sonra media nümayəndələri ilə söhbət edən Hande Erçel, "Nə edirsən?" sualına isə "İnanın, heç nə etmirəm, ailəmə vaxt ayırıram. Bundan başqa, bu an üçün heç nə yoxdur" cavabını verib.

Təklifləri geri çevirmədiyini deyən məşhur sima, “Tam olaraq belə deyil. Amma doğru zamanda doğru olanın olmasını istədiyim üçün bir az gözləyirəm" deyib.

Gələn təkliflərin kriteriyaları ilə bağlı suala isə gözəl aktrisa "Ssenari mənə uyğun olmalıdır, bu mənim ən böyük meyarımdır" cavabını verib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə