Türkiyədə "Poliqon 21"in atışma yerinə gedən gənc bir neçə dəfə atəş açdıqdan sonra intihar edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Poliqon 21"ə atəş açmağa gedən 25 yaşlı şəxs nəzarətçinin müşayiəti ilə bir neçə atəş açıb. Nəzarətçi olmadığı halda isə tapançanı özünə doğruldaraq atəş açıb və hadisə yerində də dünyasını dəyişib.
Məmurlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirdikdən sonra hadisə həkimlər və polis əməkdaşları sövq edilib. Həkimlər müayinə zamanı 25 yaşlı yeniyetmənin dünyasını dəyişdiyini müəyyən edib.
Polis əməkdaşları və prokuror hadisə yerində araşdırmalarını tamamladıqdan sonra şəxs yarılmaq üçün Ədliyyə Tibb Təşkilatına aparılıb. Gəncin atəş açaraq qan içində yerə yıxıldığı anlar təhlükəsizlik kamerasına əks olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB