Müdiri olduğu oteldə intihar etdi

Müdiri olduğu oteldə intihar etdi

Türkiyədə bir nəfər müdiri olduğu otelin damında asılmış vəziyyətdə tapılıb. Polis qrupları hadisə yerində tapılan çox sayda siqaret kötüyünü araşdırmaq üçün Ədliyyə Tibb Təşkilatına aparıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tabaklar rayonu, Quzey küçəsində baş verib.

Məlumata görə, otelin müdirini gecə otelin damına çıxarkən görən işçilər səhər saatlarında adamı asılmış vəziyyətdə tapıblar. Xəbərdarlıq üzərinə hadisə yerinə 112 sağlamlıq və polis qrupları göndərilib. Sağlamlıq qruplarının etdiyi araşdırmada şəxsin öldüyü təyin olunub. Hadisə yerinin araşdırılması qrupları tərəfindən hadisənin baş verdiyi çardaqda çoxlu sayda siqaret kötüyü tapılıb. Siqaret kötükləri müayinə olunmaq üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə