Silahlı atışmada həyatını itirdi

Silahlı atışmada həyatını itirdi

Türkiyədə iki qrup arasında baş verən silahlı qarşıdurmada yoldan keçən bir nəfər güllə yarası alması səbəbindən həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, toqquşan tərəflərdən iki nəfər də yaralanıb.

Hadisə saat 20:00 radələrində baş verib. İddiaya görə, maşınları ilə gələn iki qrup arasında silahlı qarşıdurma yaranıb. Tərəflərdən 2 nəfər yaralanarkən, münaqişənin ortasında olan Şahset Beştaş işdən evə qayıdarkən kürəyindən yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Yaralı Beştaş və daha bir nəfər xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan 2 uşaq atası Beştaşı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Digər yaralının isə dostları tərəfindən avtomobilə mindirilərək hadisə yerindən aparıldığı öyrənilib. Müayinələrdə güllələrdən zədələnmiş nəqliyyat vasitələri və çoxlu sayda boş patron darağı olduğu öyrənilib. Polis qaçan iki qrupu tutmaq üçün əməliyyata başlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə