Beynəlxalq Legiona könüllü olaraq yazıldı

Beynəlxalq Legiona könüllü olaraq yazıldı

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşının nəvəsi Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun üzvü olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, şimal-şərq cəbhəsində döyüşlərdə iştirak edib.

Bu barədə Konnor özü "İnstagram" səhifəsində məlumat verib. O, ABŞ-a qayıtdıqdan sonra yaşadıqlarından bəhs edib.

Konor Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günlərində Beynəlxalq Legiona könüllü olaraq yazılıb. Qohumları və yaxınları narahat olmasın deyə bu barədə yalnız bir nəfərə danışıb.

Konnorun döyüş təcrübəsi olmayıb. Lakin o etiraf edib ki, tez öyrənib. Üstəlik, amerikalı hətta Ukraynada ölməyə belə hazır olub.

Sonra Konnor Ukraynanın şimal-şərq cəbhəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə