3 mərtəbəli evdə yanğın baş verib

3 mərtəbəli evdə yanğın baş verib

Türkiyədə evdə baş verən yanğında yaşlı qadın gəlininin diqqəti sayəsində yanmaqdan xilas edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə 3 mərtəbəli evin 1-ci mərtəbəsində baş verib. Əldə edilən məlumata görə, evdə naməlum səbəbdən yanğın baş verib. Alovların mənzildən qalxdığını və yuxarı mənzildə yaşayan gəlin vəziyyəti həyat yoldaşına çatdırıb. Şəxs dərhal anasının yaşadığı evə enərək onu evdən çıxarıb. 112 Təcili Zəng Mərkəzinə edilən bildiriş üzərinə bölgə xilasetmə, polis və sağlamlıq qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn Muğla Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları yanğına müdaxilə edərək söndürüb. Yanğın zamanı ölən və yaralananın olmaması təsəlliverici olsa da, ev sahibi olan yaşlı qadın gəlinin diqqəti ilə yanmaqdan xilas olub. Yanğının elektrik kontaktından qaynaqlandığı şübhəsi diqqət mərkəzində olarkən, çıxışın dəqiq səbəbini müəyyən etmək üçün işə başlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə