İngiltərədə özlərini körpü kəndirlərinə bağlayaraq ekoloji aksiya keçirən fəallar yol qəzası nəticəsində iki nəfərin ölümünə səbəb olmaqda günahlandırılır.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bu həftənin əvvəlində İngiltərədə iki fəal Dartford körpüsündə etiraz aksiyası keçirib. Aktivistlər Kent və Esseksi birləşdirən körpünün kəndirlərinə 83 metr hündürlüyündə hamak qurublar. Aktivistlər səbəbiylə körpü nəqliyyata bağlanıb. Həftənin ilk iş günü tıxacda qalanlar istiqamətini dəyişib. Magistral yolda sıxlıq yaranıb. Sürücü güclü yağış səbəbindən idarəetməni itirən digər sürücüyə kömək etmək istəyib.
Lakin maşın Uebber, Heap və başqa bir qadının üstündən keçib. Hər iki qadın ölüb. Heap çoxlu sınıqlarla xəstəxanaya yerləşdirilib. Müayinədə anormal nəqliyyat sıxlığı səbəbindən təcili yardımın 40 dəqiqə gec gəldiyi müəyyən edilib. Daha əvvəl edilən müdaxilə ilə hər iki qadının həyatının xilas ola biləcəyini bildirən yaxınları fəallara üsyan edib. İngiltərə mətbuatında iki fəalın adı “Əllərində iki qadının qanı var” başlığı ilə çəkilib. Hər iki fəal bu həftə ictimai asayişi pozduqları üçün saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB