Meksikada ad günü şənliyinə silahlı hücum nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksikada baş verən hadisədə bir qrup silahlı avtomobil dayanacağında keçirilən ad günü şənliyinə hücum edib. Hücum nəticəsində partidə olan 6 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı və ölənlər arasında keçmiş polis rəisinin də olduğu bildirilib. Yaralılar xəstəxanaya aparılarkən, 3 nəfərin vəziyyətinin ağır olduğu öyrənilib. Hücum zamanı partidə olanların bəzilərinin avtoparkdakı vasitələrin arxasına gizlənərək qaçdığı, hücum edənlərin isə hadisədən sonra 3 maşınla ərazidən qaçdığı öyrənilib.
Əyalət polisi və Mülki Qvardiya ərazini mühasirəyə alaraq hadisə yerində araşdırma apararkən, hücum edənlərin tutulması üçün vertolyotla genişmiqyaslı əməliyyat başladılıb. Nuevo Leon əyalətinin Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma aparıldığını və cinayətkarların tutulması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB