Keçmiş bağça müdiri 192 il həbs cəzasına məhkum edilib

Keçmiş bağça müdiri 192 il həbs cəzasına məhkum edilib

Taylandda uşaq bağçasının keçmiş müdiri məktəbin nahar fondundan pul oğurladığına və uşaqların nahar yeməyini kəsdiyinə görə 192 il həbs cəzasına məhkum edilib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Taylandda uşaq bağçasının müdiri nahar zamanı uşaqlara düyü və balıq sousu verdiyinə görə, valideynlər tərəfindən məhkəməyə verilib. Tayland məhkəməsi bu gün yekunlaşan iddiada keçmiş direktoru məktəbin maliyyə fondlarından pulların yuyulmasında və uşaqların sağlamlığına təhlükə yaratmaqda təqsirli bilib.

Qərar nəticəsində Somchao Sitthicen adlı keçmiş direktor 77 müxtəlif cinayətə görə hər biri 5 il olmaqla ümumilikdə 385 il həbs cəzasına məhkum edilib. Məhkəmə bunu uzun müddətdə fiziki və əqli inkişafa mane ola biləcəyi üçün qətlə cəhd və ağır cinayət hesab etsə də, cinayətlərini etiraf etdiyi üçün Sitthicenin cəzasını 192 il 6 aya endirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə