Türkiyədə İzmit Bələdiyyəsinin qarşısında qəribə bir hadisə baş verib. Əldə edilən məlumata görə, bələdiyyənin qarşısındakı zibil qutusuna girən uşaq orada ilişib qalıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, balaca uşağın qışqırtısını eşidən vətəndaşlar dərhal Təcili Yardım Qrupuna xəbər verib. Hadisə yerinə gələn yanğınsöndürənlər uşağı qutudan çıxarıblar.
Səhvən zibil qutusuna girdiyini deyən uşaq ailəsinə təslim edilmək üçün İzmit Bələdiyyəsi Polis qruplarına təhvil verilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB