Almaniya XİN həmvətənlərini İrana səfərdən çəkinməyə çağırıb

Almaniya XİN həmvətənlərini İrana səfərdən çəkinməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi həmvətənlərini İrana səfərdən çəkinməyə çağırıb. SİA xarici mediaya istinadən xəbər verir ki, XİN-in yaydığı açıqlamada "Biz vətəndaşlarımıza İrana səyahət etməmək barədə xəbərdarlıq edirik. Almaniya vətəndaşları özbaşına həbs olunma, sorğu-sual olunma və uzun müddətə həbs olunma riski altındadırlar. Yaxın keçmişdə əcnəbi vətəndaşların özbaşına həbs edilməsi halları ilə bağlı çoxlu sayda belə hadisələr olub”, - deyilir.

Xatırladaq ki, bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını davam edən etiraz aksiyaları ilə əlaqədar İrana səfərdən çəkinməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə