ABŞ Konqresi Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketini nəzərdən keçirir. SİA “Amerikanın səsi”nə istinadən xəbər verir ki, hazırda Ukraynaya yeni yardım paketinin nəzərdən keçirilməsi üçün Konqresin hər iki palatasında danışıqlar davam edir.
Mənbənin sözlərinə görə, noyabrın 8-nə təyin edilmiş aralıq seçkilərin nəticələrinə əsasən, yeni tərkibli Konqres yanvarda Ukraynaya yardımla bağlı daha skeptik mövqe tuta bilər. Buna əsaslanaraq, qanunvericilər ilin sonuna qədər Kiyevə 50 milyard dollar ayırmağı nəzərdə tuturlar.
Məlumatda qeyd olunur ki, məsələyə noyabrın 8-də keçiriləcək seçkilərdən sonra baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB