Avropa Birliyi ölkələri Rusiya ilə Ukrayna arasında müharibənin təsiri ilə ortaya çıxan enerji böhranının öhdəsindən artıq gələ bilmir. SİA xəbər verir ki, qaz axınının kəsilməsi səbəbindən enerji və istilik ehtiyaclarını ödəməkdə çətinlik çəkən Avropa Birliyi ölkələri artan qiymətlər və inflyasiya məlumatları qarşısında iqtisadiyyatlarını ayaqda saxlamaqda çətinlik çəkir. Üstəlik, yüz ildən artıqdır ki, xidmət edən şirkətlər artıq böhranlarla mübarizə apara bilmir və iflas bayrağını dalğalandırırlar.
Rusiyanın Ukraynaya hücumları nəticəsində ortaya çıxan enerji böhranı və pandemiyanın yaratdığı iqtisadi problemlər onlarla şirkəti iflas həddinə çatdırsa da, Almaniyada bir çox köklü şirkət bu ay iflas etdiklərini açıqlayıb. Artan xərclər nəticəsində 1848-ci ildə qurulan sabun şirkəti "Kappus", 6000 işçisi olan 156 illik avtomobil ehtiyat hissələri istehsalçısı "Borgers", 130 illik qənnadı şirkəti "Bodeta" və 125 illik tikinti şirkəti "Wolff Hoch und Ingenieurbau" iflas elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB