“Kül başına, ay Hitler..?”

“...İranın yüksək rütbəli rəsmiləri dəfələrlə və açıq şəkildə bəyan ediblər ki, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməlidir”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu oktyabrın 21-də İranın Kapandakı baş konsulu Mortez Abedin Varamin jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri bu gün Ermənistanın Zəngəzur bölgəsinin Kapan şəhərində baş konsulluğun açılış mərasimində bunu bir daha vurğulayıb. “...Və bu gün Kapanda İranın xarici işlər naziri bir daha vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Və biz açıq şəkildə deyirik ki, biz sərhədlərdə heç bir dəyişikliyi tanımırıq. Biz sülhsevər və sabit Ermənistan görmək istəyirik”-deyə Varamin bildirib.

Onun sözlərinə görə, İranın Kapandan sülh və dostluq haqqında mesajı təbii olaraq iki ölkənin maraqlarını nəzərə alır: “Kapatlara bir daha demək istəyirəm - sakit olun, mən buradayam!”-deyən Varamin eynəyini çıxararaq silməyə başlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə