Rusiya artıq 260 min insanı çağırıb

Rusiya artıq 260 min insanı çağırıb

Qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan Rusiya Federasiyası vətəndaşlarının sayı 260 min nəfər təşkil edib.

...Deməli, hələ 300 min olmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina “səfərbərlik hədəfi” hələ 14 faiz də yerinə yetirilmələcəyini bildirib.

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan edilmişdi. Oktyabrın 14-də Rusiya prezidenti Vladimir Putin bütün səfərbərlik tədbirlərinin iki həftə ərzində tamamlanacağını bəyan edib.

Onun mətbuat katibi Dmitri Peskov səfərbərliyin başa çatmasının dəqiq vaxtı ilə bağlı sualı cavablandırarkən Putinin sözlərinə istinad edib: “Daha dəqiq tarix yoxdur”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə