NATO-nun Hərbi Komitəsi Türkiyədə səfərdədir

NATO-nun Hərbi Komitəsi Türkiyədə səfərdədir

Milli Müdafiə Nazirliyindən bildirilib ki, NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət NATO Hərbi Komitəsi Beynəlxalq Hərbi Katibliyin şəxsi heyəti və NATO Strateji Komandanlıqları ilə birlikdə Türkiyədə səfərdədir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazirliyin açıqlamasında oktyabrın 20-də İzmirdə yerləşən NATO Müttəfiq Quru Komandanlığı (LADCOM) ilə başlayan səfərin bu gün İstanbulda başa çatacağı bildirilib.

Bəyanatda qeyd olunub ki, nümayəndə heyəti İstanbulda yerləşən Beynəlxalq Müştərək Müharibə Mərkəzi Komandanlığı (ÇMHM), NATO Çevik Yerleştirilə bilən Korpusunun Türkiyə Qərargahı (NRDC-T) və NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (MARSEC-COE) baş çəkəcək.

Açıqlamada əvvəlcədən planlaşdırılan səfər çərçivəsində alyansın şərq qanadında sülhün və etimadın qorunması üçün Türkiyənin təşəbbüsü və məsuliyyətləri, Ukraynaya verdiyi dəstək, Türkiyənin bu kimi təhdidlərə qarşı göstərdiyi səylər, qeyri-qanuni miqrasiya, terror, insan və narkotik qaçaqmalçılığı, Türkiye Silahlı Qüvvələrinin NATO əməliyyat və fəaliyyətlərində qüvvələrin maksimum iştirakı, ittifaqın qarşısının alınması və müdafiəsinə verdiyi dəstək barədə məlumat verildiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə