İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirlərinin 12-ci Toplantısı

İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirlərinin 12-ci Toplantısı

Oktyabrın 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirlərinin 12-ci Toplantısı başlayıb. Tədbir bu il “Həqiqətdən kənar dövrdə dezinformasiya və islamofobiya ilə mübarizə” mövzusunda təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin də təmsil olunduğu tədbir çərçivəsində oktyabrın 21-də yüksəkvəzifəli rəsmilərin toplantısı keçirilib. Toplantının ilk günü media üçün qapalı olub.

Tədbir iştirakçıları ilə görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəqəmsal terrorizm təkcə demokratiya və sosial sülhə deyil, həm də ölkələrin milli təhlükəsizliyinə açıq təhlükə yaradır. “Təəssüf ki, bu gün dünyada milyonlarla insan yalan, saxta və təhrif olunmuş xəbərlərdən əziyyət çəkir”, - deyə Türkiyə Prezidenti diqqətə çatdırıb.

Qeyd olunub ki, hansısa məsələ ilə bağlı qərar qəbul etməzdən və ya hərəkətə keçməzdən əvvəl xəbər daşıyıcısını, yazarını və danışanını yaxşı təhlil etmək lazımdır. İnformasiya və xəbərlərə çıxış asanlaşsa da, bəşəriyyətin həqiqətlə əlaqəsi getdikcə azalır.

Türkiyənin terrorla mübarizəsi barədə danışan Prezident Rəcəb Tayyib Ərdoğan dünyada davam edən irqçiliyə və islamofobiyaya diqqət çəkib.

Tədbir iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə