Avropa bir-iki həftəyə yeni təchizatçıdan qaz alacaq

Avropa bir-iki həftəyə yeni təchizatçıdan qaz alacaq

Beləliklə, Mozambik Eni neft və qaz şirkəti tərəfindən idarə olunan Coral Sul üzən terminalından mayeləşdirilmiş təbii qazın ilk partiyasını Avropaya göndərmək üzrədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən yazır.

Yükləmə üçün qaz daşıyıcısı artıq ölkənin şimalındakı sahilə gəlib. Yeni təchizatçı mayeləşdirilmiş təbii qaz bazarında təklifi artırmaqla Avropadakı enerji böhranını yüngülləşdirəcək. Eyni zamanda, son bir neçə həftə ərzində tədarüklə bağlı narahatlıqların azalması fonunda regionda qazın birja qiyməti demək olar ki, üçdə bir qədər ucuzlaşıb.

Qeyd edək ki, Eni Coral South yatağını 2012-ci ildə kəşf edib.

Üzən mayeləşdirilmiş təbii qaz zavodunun tikintisi 2017-ci ildə başlayıb, şirkət COVID-19 pandemiyası, Mozambikdəki silahlı münaqişə və bir neçə il əvvəl qaz qiymətlərinin kəskin ucuzlaşması kontekstində qrafiki yerinə yetirməyi bacarıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə