Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri artıq 88 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
“...Müdafiə qüvvələri 12 minə yaxın insanın yaşadığı 88 yaşayış məntəqəsini artıq azad edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, işğaldan azad edilmiş kəndlər arasında kompleks sabitləşdirmə tədbirlərinin həyata keçirildiyi Novodmitrovka, Kostırka, Çereşnevoe, Novonikolaevka, Novopetrovka, Blakitnoe kəndləri də var.
Xatırladaq ki, artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın cənubunda və şimal-şərqində əks-hücum əməliyyatı davam etdirirlər.
Verilən məlumatlara görə, indi Rusiyanın işğalı altında olan Xarkov vilayətində cəmi 32 yaşayış məntəqəsi var.
Ölkənin cənubunda da vəziyyət ruslar üçün elə də yaxşı deyil. Xerson istiqamətində isə Ukrayna Silahlı Qüvvələri rusların bütün nəzarət logistik marşrutlarını atəşə tutur. Belə ki, oktyabrın 21-nə keçən gecə Antonovski körpüsündə yeni partlayışlar olub.
Ruslar isə hələ də Dnepr çayının sol sahilinə "evakuasiya"nı davam etdirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB