Səfərbərlikdən16 gün sonra Ukraynada öldü

Səfərbərlikdən16 gün sonra Ukraynada öldü

Sverdlovsk vilayətinin Karpinsk şəhərinin səfərbər edilmiş sakini Aleksandr Muxyanov çağırışdan 16 gün sonra Ukraynadakı xüsusi əməliyyat zonasında həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu məlumat artıq təsdiqini tapıb.

Ölən ehtiyatda olan əsgərin 23 yaşı var idi. Rusun həyat yoldaşı bildirib ki, o üç il əvvəl hərbi xidmətdən qayıdıbmış.

Qeyd edilir ki, Muxyanov zibil yığımı ilə məşğul olan “Rifey” şirkətində işləyib. Bildiriş onun evinə gətirilib. Sverdlovsk hərbi komissarlığı həmin şəxsin sentyabrın 28-də səfərbər edildiyini bildirib. Oktyabrın 14-də onun ölümü məlum olub.

Krasnoturinsk administrasiyası mərhum Muxyanovun dəfn mərasiminin təşkili və keçirilməsində köməklik göstərəcəyini vəd edib.

Yeri gəlmişkən, elə bu ərəfədə Krasnoturinskdən səfərbər edilmiş iki uşaq atası İqor Kovalevin də Ukraynada keçirilən xüsusi əməliyyatda öldüyü bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə