Belqorodda zavod... mərmidən sonra yanıb

Belqorodda zavod... mərmidən sonra yanıb

Belqorod vilayətinin Şebekinski şəhər rayonunda sənaye müəssisəsi mərmidən sonra yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədəd vilayətin qubernatoru Vyaçeslav Qladkov öz Telegram kanalında yazıb.

“Şebekinski şəhər rayonunun sənaye müəssisələrindən birində birbaşa mərminin düşməsi nəticəsində yanğın baş verib”, - deyə region rəhbəri bildirib.

Onun sözlərinə görə, ilkin müəyyən edilib ki, hadisə nəticəsində bir nəfər zərərçəkən var və o, artıq xəstəxanaya çatdırılıb.

Qladkov əlavə edib ki, operativ xidmətlər hazırda yerində işləyirlər və tezliklə bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Belqorod vilayətinin Şebekino şəhəri yaxınlığında şəbəkədə qara tüstü ilə çoxlu foto və videolar peyda olub.

Yerli ictimaiyyət boya və lak zavodunun vurulduğunu bildirir, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur. Bir neçə saat əvvəl Qladkov bildirib ki, Ukrayna hərbçiləri Şebekinski şəhər rayonunda yerləşən Murom kəndini də atəşə tutublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə