Dəmir yolu ilə Rusiyadan Belarusa getmək istəyən Ukrayna vətəndaşları bilet alarkən qatardan çıxarılacaqları barədə bildirişlər alırlar.
SİA əldə etdiyi məlumatlara istinadən xəbər verir ki, “Dojd” TV ən azı beş belə hadisə barədə çəkiliş nümayiş etdirib.
Maraqlıdır, onları kimin verdiyi barədə məlumatı özündə əks etdirməyən bildirişlərdə, “hazırda Rusiya-Belarus bölməsi üzrə xarici vətəndaşların Rusiya sərhədini keçməsi dövlət sərhədini keçmə qaydalarının pozulması” kimi qeyd olunur.
Sərnişinlərə xəbərdarlıq edilir ki, sərhəd xidməti onları qatardan düşürəcək və iki mindən beş min rubla qədər cərimə tətbiq edəcək. Eyni zamanda, bildirişlərin mətnində qanunun qüvvədə olan normalarına və ya əsasnaməyə əsaslanan sənədlərə istinad yoxdur.
Qeyd edək ki, yaşananları nümayiş etdirən “Dojd”un Rusiya və Belarusun sərhəd idarələrindən heç bir şərhi yoxdur.
Vəziyyətlə bağlı ilk dəfə məlumat verən “Every Human Being” insan haqları layihəsinin hüquqşünasları Rusiya qanunvericiliyində əcnəbilərin Rusiyanı tərk etməsinə qadağanın olmadığını vurğulayırlar; belə bir qadağanı ehtiva edən yeni əmrlər də dərc edilməmişdir.
Belarus qanunvericiliyində oxşar normalar yoxdur. Layihənin yaradıcısı Polina Murygina deyir: “Bu, başqa bir hədə-qorxu vasitəsidir və Rusiya Federasiyasına zorla deportasiya edilmiş ukraynalılara birbaşa siqnaldır ki, onlar çıxa bilməyəcəklər”.
Daha əvvəl bildirilib ki, Ukrayna vətəndaşları Rusiyanın Avropa İttifaqı ölkələri ilə sərhədlərini keçərkən çətinliklərlə üzləşiblər: onların bəziləri sərhəd məntəqələrində saxlanılıb və uzun sürən sorğu-suallara məruz qalıb, lakin onlardan sonra yenə də təyinat ölkələrinə daxil olmağa icazə verilib. . Vladimir Putinin səfərbərlik elanından sonra çağırış yaşında olan Rusiya vətəndaşları Rusiyadan Belarusa gedən qatarlardan bir neçə dəfə çıxarılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB