Putinlə Bayden görüşəcəkmi?..

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə telefon danışığının planlaşdırılmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS verib.

"Yox. Gündəmdə yoxdur”, - deyə o, ABŞ və Rusiya müdafiə nazirliklərinin rəhbərləri arasında təmasdan sonra Putin və Bayden arasında söhbətin mümkün olub-olmaması sualına cavab verib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Karine Jean-Pierre brifinqdə ABŞ administrasiyasının G20 sammitində Amerika və Rusiya prezidentlərinin təsadüfi görüşünün belə qarşısını almağa çalışdığı barədə nəşrlərin düzgün olmadığını bildirmişdi.

Xatırladaq ki, “Politico” Ağ Ev rəsmilərinin sammitdə Amerika və Rusiya liderlərinin yollarının dəhlizlərdə və hətta qrup şəklində çəkilişlərində kəsişməməsi üçün addımlar atdığını yazmışdı.

Amma bütün bunlara baxmayaraq, Vladimir Putin və Cozef Baydenin G20 çərçivəsində ümumi plenar iclasda iştirakının mümkünlüyü də istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə