...Fransız avtomobil istehsalçısı “Renault Group” 2022-ci ilin üçüncü rübündə gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. Hesabatda deyilir ki, bu göstərici illik ifadədə 20,5 faiz (9,8 milyard avroya qədər) artıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, avtomobil satışları 21,7 faiz artaraq 9 milyard avroya çatıb. Belə ki, qrup dünya üzrə 481.000 avtomobil satıb.
“Renaul” qeyd edib ki, onlar rəqəmləri Rusiyanın “Avtovaz” konserni və “Renault”un Rusiya nümayəndəliyindən əldə etdikləri gəlirləri nəzərə almadan hesab ediblər.
Hazırda Fransa, Almaniya və İtaliya şirkət üçün ən böyük bazarlar olaraq qalır.
Qeyd edək ki, “Renault” Rusiyanı martın 23-də tərk edib. Rəsmi səbəb kimi isə komponentlərin tədarükü ilə bağlı çətinliklər göstərilib(?). Moskva “Renault” zavodunu şəhər hakimiyyətinin mülkiyyətinə keçirib.
Şirkət daha sonra ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı xalis zərəri 2,3 milyard avro qiymətləndirib. Eyni zamanda, qrupun Rusiyadan çıxması ilə bağlı xalis borcu 0,5 milyard avro azalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB