Maqadan vilayətində spirt istehlakının yüksək səviyyədə olması narahatlıq doğurur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu prezident Vladimir Putin regionun qubernatoru Sergey Nosovla görüşündə deyib.
Onun sözlərinə görə, regional hakimiyyət orqanları “bu istiqamətdə daha çox işləməlidir”.
Deyim ki, bu Kremlin rəsmi saytında deyilsə də, amma maraqlıdır,..necə?
Qeyd edək ki, Putin bunun Maqadan vilayətində sərxoşların yaşaması ilə bağlı deyil, sosial infrastrukturun inkişaf etməməsi ilə bağlı olduğunu deyib və ...yenə də maraqlı da olsa, bunun həll edilməli problem olduğunu vurğulayıb.
Eyni zamanda, Rusiya lideri regional hakimiyyət orqanlarının regionda təhsil və tibb infrastrukturunun inkişafı, eləcə də idman obyektlərinin tikintisi istiqamətində səylərini artırmağı məsləhət bilib.
...Əla, deməli, bundan sonra maqadanlı alkaşlar idmana cəlb ediləcəklər..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB