Kamerunda 12 ingilisdilli separatçı zәrәrsizlәşdirilib

Kamerunda 12 ingilisdilli separatçı zәrәrsizlәşdirilib

Kamerunun şimal-qərb bölgəsində ordu 12 ingilisdilli separatçını zərərsizləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kamerun Müdafiə Nazirliyi oktyabrın 8-də ordunun şimal-qərb bölgəsindəki Kumbo şəhəri yaxınlığındakı Djotin məntəqəsində ingilisdilli separatçılara qarşı əməliyyat keçirdiyini açıqlayıb.

Əməliyyat nəticəsində çox sayda hərbi sursatın ələ keçirildiyi və 12 separatçının öldürüldüyü bildirilib.

Kamerun hökumətinin cənub və şimal-qərb bölgəsindəki məktəblərə və məhkəmələrə ingilis dilini bilməyən müəllimlər və hakimlər təyin etməsinə cavab olaraq 2016-cı ilin son aylarında bölgədə nümayişlər başlayıb.

Separatçı qruplaşmalar ölkənin 1961-ci ildə federalizmə keçidinin ildönümü olan 1 oktyabr 2017-ci ildə “Ambazonia” adlı simvolik dövlət qurduqlarını açıqlayıb və ingilis dilini rəsmi dil elan ediblər.

Son məlumatlara görə, yaşanan böhran nəticəsində ordu ilə separatçılar arasında baş verən toqquşmalarda azı 6 min adam həyatını itirib, 679 min adam evlərini tərk edib, 40 min adam isə qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə