Həm Moskva, həm də Tehran...israrla bunu danırlar...

Həm Moskva, həm də Tehran...israrla bunu danırlar...

...Hazırda az sayda da olca, İran hərbçiləri Rusiyanın ilhaq etdiyi Krımda yerləşdirilib. Onlar Ukraynanın mülki və infrastruktur obyektlərinə pilotsuz təyyarələrin aviazərbələrinin təşkilində...birbaşa iştirak edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Kirbi deyib ki, İran ruslara hərbi pilotsuz uçan aparatların buraxılmasına kömək etmək üçün hələ ki, nisbətən az hərbi ekspert göndərib.

Bu arada Britaniya hökuməti də Krımda İran İslam İnqilabı Keşikçiləri Korpusu hərbçilərinin İran pilotsuz uçan aparatlarının idarə olunmasına köməklik etdiyini açıqlayıb.

“...Bizdə olan məlumata görə, ruslar pilotsuz təyyarələri idarə edərkən iranlılar Krıma təlimatçılar və texniki işçilər göndərib”, - deyən Con Kirbi, hazırda Bayden administrasiyasının İrana qarşı yeni sanksiyalar tətbiq etmək və bu cür silahların Rusiyaya satışını çətinləşdirməyin yollarını tapmaq niyyətində olduğunu da əlavə edib.

İranın təlimatçılar göndərilməsi zərurəti çox güman ki, Ukraynadakı hədəflərə hava zərbələri endirmək üçün İran pilotsuz təyyarələrindən istifadə etmək cəhdlərindən sonra üzə çıxan problemlərlə bağlı olub.

...Amerika kəşfiyyatının məlumatına görə, avqust ayında fəaliyyətə başlayan ruslar avadanlıqların nasazlığı ilə üzləşiblər. Məsələ bundadır ki, İran pilotsuz təyyarələrin imkanları istehsalçıların bəyan etdiyi spesifikasiyalara cavab vermir. Çox güman ki, buna səbəb rusların bu silahlardan istifadə təcrübəsinin olmamasıdır.

Hazırda ABŞ, Böyük Britaniya və Fransa İranın Rusiyaya pilotsuz təyyarələr tədarükünün BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul etdiyi, sanksiyaların yumşaldılması müqabilində Tehranın bəzi silah növlərini ixrac etməyəcəyinə dair öhdəliyi olan qətnaməni pozduğunu iddia edirlər. (...xatırladaq ki, həmən-2231 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən 20 iyul 2015-ci ildə qəbul edilib-A.B.)

Məhz buna görə, ABŞ və müttəfiqləri bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq niyyətindədirlər.

...Amma maraqlıdır ki, bu gün Moskva İrandan pilotsuz təyyarələr aldığını, Tehran isə satdığını... israrla inkar edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə