Bəyoğlu Mədəniyyət Yolu Festivalı çərçivəsində tədbirlər davam edir. SİA xəbər verir ki, festivalda iştirak etmək üçün Türkiyəyə dünyanın hər yerindən turistlər axın edir.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən jurnalistlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bəyoğlu Mədəniyyət Yolu Festivalını ictimailəşdirmək üçün bu dəfə Türkiyənin Tokat, Çorum və Amasya şəhərinə səfər ediblər.
Xarici jurnalistlər Türkiyənin qeyd edilən bölgələrinin tarixi və memarlıq abidələrini, mədəniyyət ocaqlarını-muzeylərini, teatrlarını, sərgilərini ziyarət ediblər, qardaş ölkənin milli mətbəxi ilə tanış olublar.
Qeyd edək ki, Bəyoğlu Mədəniyyət Yolu Festivalı oktyabrın 23-dək davam edəcək.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB