Mərkəzi Afrika ölkəsi Çadda yüzlərlə insanın demokratik idarəçiliyə daha sürətli keçid tələbi ilə küçələrə çıxmasından sonra zorakılıqlar başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində 50 nəfərin həyatını itirdiyi, 300 nəfərin yaralandığı bildirilib.
Etirazlara görə saat 18:00-06:00 arasında Encemine, Moundou, Doba və Koumrada fövqəladə vəziyyət və qeyri-müəyyən komendant saatı elan edilib.
Birləşmiş Ştatlar və Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkədəki zorakılıqlardan narahat olduqlarını bildirib və bütün tərəfləri təmkinli olmağa çağırıblar.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB